Bu ağıllı elektrik uzadıcısı uzaqdan telefon və ya səs vasitəsilə yandırılıb-söndürülə bilir. Məsələn, evdə deyilsiniz və evdən çıxarkən ütünü söndürməyi unutmusunuz. Bunun üçün narahat olmağa ehtiyac yoxdur. Bu ağıllı yuvanı telefon vasitəsilə uzaqdan söndürərək həmin qurğunu da söndürmüş olacaqsınız.
Həmçinin, evə gəlməzdən öncə evin isti olması üçün kombini yandırmaq istəyirsiniz. Bunun üçün sadəcə evə gəlməzdən öncə ağıllı yuvanı telefon vasitəsilə yandıraraq kombini də yandırmış olacaqsınız. İsti havalarda evə gəlməzdən öncə ağıllı yuva vasitəsilə kondisioneri də işə sala bilərsiniz.