Bu ağllı yuva adi yuvalardan fərqli olaraq uzaqdan telefon vasitəsilə yandırılıb-söndürülə bilir. Məsələn, evdə deyilsiniz və evdən çıxarkən ütünü söndürməyi unutmusunuz. Bunun üçün narahat olmağa ehtiyac yoxdur. Bu ağıllı yuvanı telefon vasitəsilə uzaqdan söndürərək həmin qurğunu da söndürmüş olacaqsınız.
Həmçinin, evə gəlməzdən öncə evin isti olması üçün kombini yandırmaq istəyirsiniz. Bunun üçün sadəcə evə gəlməzdən öncə ağıllı yuvanı telefon vasitəsilə yandıraraq kombini də yandırmış olacaqsınız. İsti havalarda evə gəlməzdən öncə ağıllı yuva vasitəsilə kondisioneri də işə sala bilərsiniz.
Gördüyünüz kimi bu cihaz hər fəsildə, hər bir vəziyyətdə sizin rahatlığınızı təmin edəcək. Cihaz Alisa vasitəsilə səslə də idarə oluna bilər. Cihazın maksimum gücü 3680 Vt-dır.
Cihazın quraşdırılması çox sadədir. Cihazı sadəcə divarda olan elektrik yuvasına qoşmağınz kifayətdir.