Ağıllı ev sistemləri həm sizin rahatlığınızı, həm də təhlükəsizliyinizi artıra bilir. Məsələn, normalda biz işığı yandırmaq üçün ayağa qalxmalı və işığı yandırmalıyıq. Ancaq ağıllı ev sistemində biz sadəcə telefonumuzda bir düyməyə toxunaraq işığı yandıra bilirik. Ağıllı ev sisteminə dair başqa bir nümunə də göstərək. Məsələn, otağa gün düşür və pərdəni bağlamaq istəyirik. Bunun üçün yenə ayağa qalxmalı, pərdəyə yaxınlaşmalı və pərdəni bağlamalıyıq. Ancaq ağıllı ev sistemləri ilə siz sadəcə telefondakı bir düyməyə toxunaraq pərdəni aça və ya bağlaya bilərsiniz. Bütün ağıllı ev cihazlarını həm telefonla, həm də səslə idarə edə bilərsiniz.
Ağıllı evdə səslə idarəetmə
Ağıllı ev cihazlarının ən əsas xüsusiyyətlərindən biri səslə idarə oluna bilməsidir. Ağıllı ev cihazlarını həm telefon vasitəsilə, həm də smart kalonka ilə səslə idarə edə bilərsiniz. Məsələn, Google kalonkasına "Hey, Google, Turn on light" dedikdə işıqları yandıracaq. Səslə idarəetmə ingilis və rus dilləri başda olmaqla bir neçə dildə mövcuddur.
Ağıllı evdə robot tozsoranlar
Robot tozsoranlar adi tozsoranlardan fərqli olaraq başlarında kimsə durmadan işləyə bilirlər. Robot tozsoranlar həm telefonla, həm səslə idarə oluna bilirlər. Müxtəlif xəritələr üzrə işləyə bilirlər. Məsələn, xəritə qurduqda istədiyiniz yerləri təmizləyə bilərlər. Robot tozsoranlarda qrafik rejimi də mövcuddur. Məsələn, hər səhər 9-da robot tozsoran avtomatik şəkildə evi təmizləməyə başlaya bilər.
Ağllı evdə Ağıllı işıqlandırma
Ağıllı ev cihazları arasında ağıllə lampalar, ağıllı açarlar və ağıllı yuvalar da yer almaqdadır. Bu cihazlar vasitəsilə işıqları telefonla və səslə yandırıb söndürə bilərsiniz. Həmçinin, digər elektriklə işləyən qurğulara da telefonla uzaqdan nəzarət edə bilərsiniz.
Ağıllı evdə ağıllı kamera
Ağıllı kameraların adi kameralardan bir sıra üstünlükləri var. Məsələn, ağıllı kameralar heç bir kabel tələb etmədən Wifi şəbəkəsinə qoşularaq çəkdiyi videoları birbaşa buluda yükləyə bilir. Siz həmin videolara telefon üzərindən baxa bilərsiniz. Yəni, siz əlavə bir yaddaş qurğusu almadan videoları yadda saxlaya bilərsiniz. Videoları kamera üzərinə taxılan yaddaş kartında da yadda saxlaya bilərsiniz. Ağıllı kamera digər ağıllı ev qurğuları ilə paralel şəkildə işləyə bilir. Məsələn, otağa kimsə daxil olduqda işığı yandıra bilir.
Ağıllı evdə təmiz hava
Ağıllı ev cihazlarından biri də ağıllı hava təmizləndiricisidir. Ağıllı hava təmizləndiricisi havanı təmizləyərək evinizdə və ya ofisdə daha rahat nəfəs almağını təmin edirlər. Ağıllı hava təmizləndiricisi həm telefonla, həm də səslə idarə oluna bilir.
Ağıllı evdə sensorlar
Ağıllı ev üçün sensorlar xüsusi önəm daşımaqdadır. Sensorlar evinizin və ya ofisinizin təhlükəsizliyini təmin edir. Məsələn, evinizdə yanğın baş verdikdə qaz sızması və ya su sızması olduqda sensorlar həyəcan siqnalı verə bilir.
Mətbəxdə ağıllı ev cihazları
Ağıllı ev cihazlarından biri də ağıllı çaydandır. Ağıllı çaydan telefonla və ya səslə idarə oluna bilir.
Ağıllı evdə ağıllı karniz
Ağıllı karniz pərdələrin telefon və ya səs vasitəsilə idarə olunmasını təmin edir. Məsələn, siz telefonla pərdələri aça və ya bağlaya bilərsiniz. Qrafiklə pərdələr öz-özünə açılıb bağlana bilər.
Ağıllı ev üçün ağıllı pult
Ağıllı pultlar evdə pultla idarə olunan bütün cihazların (televizor, kondisioner və s.) bir pultdan idarə olunmasını təmin edir. Ağıllı pult səslə də idarə oluna bilir.
Ağıllı evdə ağıllı qapı kilidi və qapı zəngi
Ağıllı qapı kilidi uzaqdan telefon vasitəsilə idarə oluna bilir. Məsələn, evdə olmadıqda belə kameradan baxaraq tanıdığınız biri üçün telefonla qapını aça bilərsiniz.
Ağıllı qapı zəngi vasitəsilə isə qapıya yaxınlaşmadan telefonla kimin gəldiyinə baxa və onunla danışa bilərsiniz.
Ağıllı evdə ağıllı kran
Ağıllı kran evdəki qaz və ya su kranlarının uzaqdan telefon, səs və ya sensorlar vasitəsilə bağlanması üçün istifadə olunur. Məsələn, evdə qaz sızması baş verdikdə sensordan krana siqnal göndərilir və qaz kranı avtomatik şəkildə bağlanır.
Ağıllı evdə ağıllı termostat
Ağıllı termostatlar kombi və istilik qızdırıcılarının uzaqdan telefon və ya səs vasitəsilə idarə olunması üçün istifadə olunur.
Ağıllı ev cihazlarının paralel işləməsi
Ağıllı ev cihazlarının ən əsas xüsusiyyətlərindən biri də bir-birləri ilə paralel şəkildə işləyə bilməsidir. Məsələn, siz otağa daxil olduqda sensor bunu müəyyən edərək işığı yandıra bilər. Bundan sonra kamera çəkməyə başlaya bilər. Eyni zaman da robot tozsoran da evi təmizləməyə başlaya bilər.
Əlillər və yaşlılar üçün ağıllı ev