Ağıllı  kamera Wi-Fi Hiper IOT Cam F1

Ağıllı kamera Wi-Fi Hiper IOT Cam F1

80 azn


Birkartla 12 ayadək kredit!

Pulsuz çatdırılma!

12 ay zəmanət!

Alisa, Google və Siri ilə işləyir.

Stokda var.


Möhtəşəm ağıllı kameralardan birini sizlərə təqdim edirik. Kameranı quraşdırmaq üçün əlavə heç bir avadanlığa ehtiyac yoxdur. Kamera çəkdiyi videonu birbaşa buluda köçürərək sizin işinizi rahatlaşdırır. Video buluda köçdükdən sonra videonu dünyanın istənilən yerindən telefonunuzdan izləyə bilərsiniz. Buluddan əlavə kamera həftə ərzində baş vermiş hadisələrin videosunu yaddaş kartında yadda saxlamağa da imkan verir. Kamera insan hərəkətini müəyyən edə bilir. Məsələn, kamera elə tənzimlənə bilər ki, yalnız otağa kimsə daxil olduqda çəkiliş etməyə başlasın. Bu xüsusiyyət də yaddaşa və enerjiyə ciddi şəkildə qənaət etməyə imkan verir. Kameranın əsas xüsusiyyətlərindən biri də ağıll ev cihazları ilə paralel şəkildə işləyə bilməsidir. Məsələn, kamera çəkiliş etməyə başladıqda ağıllı lampanı avtomatik şəkildə yandıra bilər. Kamera 1280x720 təsvir ölçüsünü dəstəkləyir. Kameradakı gecə rejimi ilə siz gecə çəkilmiş videoları belə rahat şəkildə izləyə bilərsiniz.  Kamerada hərəkət sensoru əsasında təhlükəsizlik rejimi də mövcuddur. Kamera həm divara quraşdırıla, həm də masanın üzərinə qoyula bilər.

64 GB-a qədər micro-SD karta qeyd
10 m gecə görmə məsafəsi
2 dB maksimum səs/küy səviyyəsi
HTTP şəbəkə protokolları
50 Mbps video ötürmə sürəti
130 dərəcə kamera baxış bucağı
Ağıllı evə qoşulma