Ağıllı lampanın adi lampalara görə bir sıra üstün cəhətləri var. Ağıllı lampalar uzaqdan telefon vasitəsilə idarə oluna bilir. Yəni, siz telefon vasitəsilə lampanı söndürə və ya yandıra bilərsiniz. Həmçinin, lampanı Yandex Alisa və Google Home sistemi ilə səs vasitəsilə də idarə edə bilərsiniz. Bu lampanın rəngli işıqları da mövcuddur (RGB). Həmçinin, lampanın parlaqlığını da telefon vasitəsilə tənzimləyə bilərsiniz. Lampanın enerji sinfi A+, enerji istehlakı 5 Vt/saata qədərdir. Lampa digər ağıllı ev qurğuları ilə paralel şəkildə işləyə bilir. Məsələn, hərəkət sensoru işə düşdükdə lampa yana və ya sönə bilir.