Ağıllı lampanın adi lampalara görə bir sıra üstün cəhətləri var. Ağıllı lampalar uzaqdan telefon vasitəsilə idarə oluna bilir. Yəni, siz telefon vasitəsilə lampanı söndürə və ya yandıra bilərsiniz. Həmçinin, lampanı səs vasitəsilə də idarə edə bilərsiniz. Ağ və sarı işıqların rəng temperaturu dəyişdirilə bilər. Lampa digər ağıllı ev qurğuları ilə paralel şəkildə işləyə bilir. Məsələn, hərəkət sensoru işə düşdükdə lampa yana və ya sönə bilir.