Çöl üçün olan ağıllı kameralardan birini sizlərə təqdim edirik. Kamera süni intellektə əsaslanır və uzun illər qeydləri yadda saxlaya bilir. Yağışdan, qardan, bir sözlə, hava şəraitindən asılı olmadan bu kamera işləməyə davam edir. Qabaqcıl gecə görmə texnologiyası ilə gecə çəkilmiş videoları da aydın şəkildə izləyə bilərsiniz. Bu kamera vasitəsilə istənilən yerdən istənilən zamanda evinizə nəzarət edə bilərsiniz. Kamera videoları həm yaddaş kartında, həm də buludda yadda saxlaya bilir. Kamera insan hərəkətini müəyyən edə bilir. Məsələn, kamera elə tənzimlənə bilər ki, yalnız küçədən kimsə keçdikdə çəkiliş etməyə başlasın. Bu xüsusiyyət də yaddaşa və enerjiyə ciddi şəkildə qənaət etməyə imkan verir. Kameranın əsas xüsusiyyətlərindən biri də ağıll ev cihazları ilə paralel şəkildə işləyə bilməsidir. Məsələn, kamera çəkiliş etməyə başladıqda ağıllı lampanı avtomatik şəkildə yandıra bilər.
Kameranın əsas xüsusiyyətləri
i*i 1080p keyfiyyət
i*i Quraşdırılmış mikrofon və suya davamlı
i*i Wifi
i*i SD kart dəstəyi
i*i Bulud dəstəyi
i*i Ağıllı hərəkət və səs aşkarlanması