Bu dəst, bir ərazidə hərəkət olduqda həyəcan siqnalı səslənməsinə və telefonunuza bildiriş gəlməsinə imkan verir. Məsələn, xüsusi bir otağınız var və ora giriş qadağandır. Həmin otağa dəstdəki kameranı quraşdırırsınız. Bundan sonra otağa kimsə daxil olduqda həyəcan siqnalı səsləndirilməsini təmin edə bilərsiniz. Məlumat həmçinin mobil telefonunuz da gələ bilər. Məsələn, otağa kimsə daxil olduqda telefonunuza bildiriş gələ bilər.
Kamera haqqında
Kamera çəkdiyi videonu birbaşa buluda köçürərək sizin işinizi rahatlaşdırır. Video buluda köçdükdən sonra videonu dünyanın istənilən yerindən telefonunuzdan izləyə bilərsiniz. Buluddan əlavə kamera həftə ərzində baş vermiş hadisələrin videosunu yaddaş kartında yadda saxlamağa da imkan verir. Kamera insan hərəkətini müəyyən edə bilir. Məsələn, kamera elə tənzimlənə bilər ki, yalnız otağa kimsə daxil olduqda çəkiliş etməyə başlasın. Bu xüsusiyyət də yaddaşa və enerjiyə ciddi şəkildə qənaət etməyə imkan verir. Kameranın əsas xüsusiyyətlərindən biri də ağıll ev cihazları ilə paralel şəkildə işləyə bilməsidir. Məsələn, kamera çəkiliş etməyə başladıqda ağıllı lampanı avtomatik şəkildə yandıra bilər. Kamera 1280x720 təsvir ölçüsünü dəstəkləyir. Kameradakı gecə rejimi ilə siz gecə çəkilmiş videoları belə rahat şəkildə izləyə bilərsiniz. Kamerada hərəkət sensoru əsasında təhlükəsizlik rejimi də mövcuddur. Kamera həm divara quraşdırıla, həm də masanın üzərinə qoyula bilər.
64 GB-a qədər micro-SD karta qeyd
10 m gecə görmə məsafəsi
2 dB maksimum səs/küy səviyyəsi
HTTP şəbəkə protokolları
50 Mbps video ötürmə sürəti
130 dərəcə kamera baxış bucağı
Ağıllı evə qoşulma
Sirena haqqında
Sirena həyəcan siqnalı yaradır. Siz onu başqa sensorlarla da əlaqələndirə bilərsiniz. Məsələn, evdə yanğın baş verdikdə, qaz sızması və ya su sızması olduqda həyəcan siqnalı işə düşə bilər.