Ağıllı idarəetmə paneli evdəki bütün ağıllı cihazlara nəzarət etmək üçün nəzərdə tutulub. Ağıllı idarəetmə paneli vasitəsilə telefona ehtiyac duymadan evdəki ağıllı cihazları idarə etmək mümkündür. Panel divarda quraşdırılır və elektrik şəbəkəsinə qoşulur. Bundan sonra cihaz Wifi şəbəkəsinə qoşularaq ağıllı cihazları idarə etməyə başlayır. Məsələn, panelin ekranına toxunaraq işıqları yandıra bilirsiniz. Əgər, lampa RGB lampadırsa lampanın rəng tonunu da bu paneldən seçə bilirsiniz. Panelin ekranında saat da görünməkdədir. Ağıllı qapı kilidi mövcuddursa qapıların açılıb-bağlanmasını da izləyə bilərsiniz.
Ağıllı pultlar